• 24 Sentyabr 2024 06:19

Bayden: İsrailin təhlükəsizliyi ABŞ və dünyanın təhlükəsizliyidir

 

Amerika Birləşmiş Ştatları İsrailə əlavə hərbi yardımı artıracaq. Söhbət hava hücumundan müdafiə sistemləri üçün sursat və raketlərdən gedir.

Tacxeber.com xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden Ağ Evdə Fələstin-İsrail münaqişəsi ilə bağlı çıxışı zamanı deyib.

Co Bayden deyib ki, bu, “Dəmir Qübbə” hava hücumundan müdafiə sistemləri üçün sursat və raketləri əhatə edəcək.

Konqresdən ABŞ-nin kritik tərəfdaşlarının milli təhlükəsizlik ehtiyaclarını maliyyələşdirmək üçün təcili tədbirlər görməsi istəniləcək.

Bayden deyib: “Mən hər hansı bir dövlətə, istənilən təşkilata, hər hansı bir oyunçuya müraciət edirəm – İsrailə hücum etməyi düşünməyin! İsrail vəhşiliklərə cavab verəcək. Biz İsrailin istənilən müdafiə ehtiyacını təmin edəcəyimizə zəmanət veririk”.

Amerika lideri əlavə edib ki, İsrailin təhlükəsizliyi ABŞ-nin və bütün dünyanın təhlükəsizliyidir:

“Burada söhbət partiyalardan və ya siyasətdən getmir.Bu bizim dünyamızın təhlükəsizliyi, ABŞ-nin təhlükəsizliyi ilə bağlıdır”.

Tacxeber.com

Oxşar xəbərlər