HƏMAS rəhbərlərindən Talal Nassar İsrailə qarşı başlatdıqları “Əqsa tufanı” hücumu ilə bağlı açıqlamalar verib.
Tacxeber xarici KİV-ə istinadla xəbər verir ki, Nassar məqsədlərinin torpaqlarını xilas etmək olduğunu söyləyib.
“Ərəb liderlərinə deyil, ərəb xalqına güvənirik. İşğalçı qüvvələrin Qəzzada quru əməliyyatına cəhd etmələrini gözləmirik. Çünki torpaq sahibləri olan fələstinlilərdən qorxurlar. “Əqsa tufanı” əməliyyatı etdiyimiz üçün peşman deyilik. Məqsədimiz torpağımızı xilas etməkdir. Bunun baha başa gələcəyini bilirik. Ancaq xalqımız tənliyi dəyişmək üçün müqavimət gücünə güvənir”.
Nassar məhbusların öldürülməsi və ya onlara işgəncə verilməsi ilə bağlı iddiaları rədd edib.
“İsrailli məhbusların öldürməsi və ya onlara işgəncə verilməsi mümkün deyil. Əlləri qanlı əsl cinayətkarlar faktları təhrif edən işğalçılardır. Müqavimət qüvvələri əsirlərə insanlıqla yanaşır”.
Talal Nassar həmçinin “İslam ümmətinin şərəfli insanlarından” dəstək gözlədiklərini bildirib. (Ölkə)