• 25 Noyabr 2024 17:29

HƏMAS-ın ilkin hücumu terror aktı deyil – Hüquqşünas

 

HƏMAS-ın ilkin hücumu terror aktı deyil. 

Tacxeber.com  xəbər verir ki, bu sözləri hüquqşünas Fərhad Mehdiyev deyib. O, fikrini belə izah edib:

“Çünki birincisi, Fələstin xeyli dövlətlər tərəfindən tanınmış dövlətdir, ikincisi, HƏMAS da Qəzzadə seçilmiş strukturdur. İndi hər şeyə terror deyilir, texniki olaraq doğru deyil.

Deməli, HƏMAS-ın hücumu dövlətlərarası münaqişə və müharibə hüququ kontekstində qiymətləndirilməlidir”.

Bununla belə hüquqşünas mülki şəxslərin öldürülməsinin cinayət olduğunu deyib:

“İlkin hücum sırasında HƏMAS mülki şəxsləri öldürürsə, müharibə cinayəti törətmiş olur və beynəlxalq hümanitar hüquq qaydalarını pozur. Deyilənə görə, Fələstin Roma Statunu təsdiq edib və belə olan halda Beynəlxalq Cinayət Məhkəməsi (ICC) orada olub bitənlərə dair yurisdiksiyaya sahibdir.

Məlum olmayan şey budur – Fələstin sərhədləri harada başlayır və HƏMAS bu əməliyyatı öz ərazisində törədib ya yox?”, -deyə o qeyd edib.

Tacxeber.com

Oxşar xəbərlər