• 25 Noyabr 2024 19:26

Niyə qadınlar xırdaçı, kişilər konkret olur? – Elmi izahı sizi təəccübləndirəcək

Qadın beyni heç vaxt dayanmır, amma kişidə isə …

niye-qadinlar-xirdaci-kisiler-konkret-olur

 

Türkiyənin Akdeniz Universiteti Tibb fakultəsi Əsas Tibb Elmləri üzrə müəllim, Prof. Dr. Tanrıöver kişi beyninin qutucuqlardan, qadın beyninin isə hissələrdən ibarət olduğunu söyləyib.

Kişi beyninin sol tərəfinin qadınlarla müqayisədə daha çox inkişaf etdiyini deyən Tanrıöver, beynin sol hissəsinin riyazi zəkanı, sağ hissəsinin isə duyğusal zəkanı göstərdiyini izah edib.

Qadın beyninin sağ və sol hissələrinin inkişaf dərəcəsinin tarazlıqda olduğunu dilə gətirən Tanrıöver, qadınların duyğusal zəkasının kişilərlə müqayisədə daha inkişafda olduğunu ifadə edib.

Qadınlar kişilərdən fərqli olaraq daha xırdaçıdı

Kişi beyni qutucuqlardan ibarətdir və qutucuqların heç biri bir-biriylə təmas etmir, hamısı fərqlidir. Bir kişi danışmağa başladığı zaman sadəcə bir qutucuğundan istifadə edir və digər qutucuqlara heç vaxt təmas etmir. Lakin kişilərdə bəzi qutucuqlar böyükdür. Məsələn; hansısa kişidə böyük bir futbol qutucuğu var. Kişilərin iş, pul, sevgi, dost, ailə qutucuğu ayrıdır. Bununla yanaşı, qadınların da beynində fərqli bölgələr var, amma onlarda qutucuqlar yoxdur və onlar internet şəbəkəsi kimi hörülmüş vəziyyətdə bir-birinə bağlıdır. Qadın beynindəki iş, ev, pul və uşaq mühiti kimi bütün bölgələr bir-biriylə əlaqəlidir.

Kişilər heç bir şey haqqında düşünmədən saatlarla otura bildiyi halda, qadınların nəsə haqda düşünmədən dayandığı bir an belə yoxdur. Qadın beyni heç vaxt dayanmır.

Kişilər hər hansı bir işi beyinlərindəki sadəcə bir düyməylə edərkən, qadınlar onlarla düymədən istifadə edərək gerçəkləşdirir. Beləliklə, qadınlar işini daha da çətinləşdirir.

Bir kişi və bir qadına “Nəsə içməyə gedəkmi?” sualını verdiyiniz zaman kişinin verəcəyi cavab məlumdur. İçəcəyi şeyi düşünür və cavabını verir. Lakin eyni sualı qadına verdikdə isə hansı paltarı geyinəcəyindən tutmuş hansı ayaqqabıyla və rənginə qədər bir çox şeylər haqda düşünməyə başlayacaq. Bunları düşündükləri üçün qadınlar gedəcəkləri yerdə nə içəcəkləri barədə heç vaxt fikirləşməzlər. Qadınlar o qədər çox xırdaçıdır ki, özlərini hədsiz yorurlar.

Tacxeber.com

Oxşar xəbərlər