Avropada Rusiya resurslarını əldə etmək istəyən hər kəs Türkiyədə qaz qovşağının yaradılmasında maraqlıdır.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Rusiya Enerji Həftəsinin plenar iclasında bildirib.
O, Rusiyanın Türkiyə vasitəsilə qaz nəqli imkanlarını genişləndirmək ideyasının olduğunu söyləyib.
Rusiya Prezidenti Azərbaycanın Türkiyədəki qaz qovşağına maraq göstərdiyini qeyd edib. Bildirib ki, Türkiyədəki qaz qovşağına digər ölkələr də qoşula bilər.
“Türkiyədə qaz qovşağı layihəsi ilk növbədə Avropaya qaz ticarəti üçün elektron platformanın yaradılması ilə bağlıdır”, deyə Putin vurğulayıb.