• 24 Sentyabr 2024 02:28

“Deməli, amerikalılar “HƏMAS”-İsrail qarşıdurması haqda nəyisə bilirlər. Bəs nəyi?..”

“Yaxın Şərqdə son baş verənlərdə Rusiyanın bu və ya digər şəkildə rolu var. Və məhz ona görə də Ağ Ev Ukraynanı gücləndirməklə Rusiyanın resurslarını, gücünü məhz həmin cəbhədə sıradan çıxarmağa qərar verib…”

“Bəhs edilən olayların Ukraynada baş verənlərə bilavasitə təsiri yoxdur. Amma dolayısıyla təsiri o oldu ki, nə qədər təəccüblü də görünsə, məhz “HƏMAS”-ın İsrailə hücum etdiyi gün ABŞ prezidenti Co Bayden Konqresdən Ukraynaya 100 milyard dollarlıq hərbi yardım ayrılmasını xahiş etdi”.

Bu fikri Moderator.az-a açıqlamasında siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu “İsraildə, Qəzzada son günlər baş verən qanlı və bütün region üçün çox təhlükəli olayların Rusiya-Ukrayna savaşına hər hansı bir təsiri ola bilərmi?” sualını cavablandırarkən ifadə edib.

“Deməli, İsraildə baş verənlərin Ukraynadakı proseslərə də təsiri var, deməli, amerikalılar “HƏMAS”-İsrail qarşıdurması haqda nəyisə bilirlər. Bəs nəyi bilirlər? Yaxın Şərqi qarışdıran Rusiyadırmı – bunumu bilirlər, yoxsa başqa məsələləri? Baxmayaraq ki, hər kəs İranı dolayısıyla ittiham edir ki, “HƏMAS”-ın arxasında duran İrandır… Ancaq hər bir halda Baydenin müraciətinin məhz həmin gün baş tutması təsadüf kimi qəbul edilməməlidir. Mən öz fikrimi deyirəm; hesab edirəm ki, Yaxın Şərqdə son baş verənlərdə Rusiyanın bu və ya digər şəkildə rolu var. Və məhz ona görə də Ağ Ev Ukraynanı gücləndirməklə Rusiyanın resurslarını, gücünü məhz həmin cəbhədə sıradan çıxarmağa qərar verib”,- deyə davamında analitik bildirib.

Tacxeber.com

Oxşar xəbərlər