Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevə məxsus olduğu deyilən “Bank BTB” məhkəməyə verilib.
İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, Adiyev Rövşən Şahlar oğlu bununla bağlı Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edib.
İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr (kredit müqaviləsi üzrə mübahisələr) ilə bağlıdır.
İşə hakim Şəhriyar Əliyevin sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, bir neçə gün əvvəl Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevə məxsus olduğu deyilən “Bank BTB”nin satışa çıxarıldığı ilə bağlı məlumatlar yayılıb. R.Mehdiyev mətbuata açıqlamasında bankın onlara aid olduğunu təsdiq edib. O, bankın oğlunun, sonradan isə onun yoldaşının adına olduğunu söyləyib. Həmçinin bankın satışa çıxarılmadığını bildirib.