• 26 Noyabr 2024 00:24

Sabah Vaqif Xaçatryanın məhkəməsi keçiriləcək

Sabah Vaqif Xaçatryanın məhkəməsi keçiriləcək

Qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırımı törədənlərdən biri – Vaqif Xaçatryanın cinayət işi üzrə məhkəmə prosesi Yasamal Rayon Məhkəməsinin inzibati binasında sabah saat 10:15-də keçiriləcək.

Tacxeber.com xəbər verir ki, cinayət işi Bakı Hərbi Məhkəməsini hakimi Camal Ramazanovun sədrliyi ilə araşdırılacaq.

İş üzrə zərərçəkmiş kimi 58 vətəndaş və Xocalı Rayon İcra Hakimiyyəti tanınıb.

Tacxeber.com

Oxşar xəbərlər