“Ayağımla bağlı bütün gün həkimlərdəyəm. O həkimdən çıxıb, bu həkimə gedirəm. Gah fizioterapiya, gah iynə terapiyası… Hələ ki canımla əlləşirəm. Nə bilim. Heç bir nəticə yoxdur…”
Tacxeber.com xəbər verir ki, bu sözləri pravda.az-a açıqlamasında Xalq artisti Naibə Allahverdiyeva deyib.
“Biri deyir ki, yaxşı olacaq, o biri deyir, əməliyyat lazımdır. Hərəsi bir söz deyir. Müalicə etdirirəm, görək axırı nə olacaq…”, – o bildirib.
Xatırlatma: 10 il əvvəl yıxılaraq ayağından xəsarət alan Xalq artisti gec müalicə etdirdiyi üçün dizində ciddi fəsad yaranıb.