Britaniyadan Azərbaycan səfirliyinə hücumla bağlı AÇIQLAMA
Britaniyadan Azərbaycan səfirliyinə hücumla bağlı AÇIQLAMA
Böyük Britaniya hökuməti Azərbaycanın Londondakı səfirliyində hücumdan təəssüfləndiyini bildirib.
Tacxeber.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər nazirinin müavini Qrehem Stüartın Azərbaycan səfiri Elin Süleymanov ilə görüşündən sonra bəyanat yayıb.
“Böyük Britaniya hökumətinin bütün diplomatik nümayəndəliklərin təhlükəsizliyinə sadiqliyinin vacibliyini vurğuladım. Baş vermiş hadisə ilə bağlı dərin təəssüf hissi keçirdiyimi bildirdim.”,- deyə Q.Stüart bildirib.
Xatırladaq ki, avqustun 4-də bir qrup dini radikal Londonun mərkəzində yerləşən Azərbaycan səfirliyinin binasına hücum edib.