• 22 Sentyabr 2024 01:36

Fələstin-İsrail münaqişəsi genişlənir: “Hizbullah”, husilər və britaniyalılar da döyüşmək istəyirlər –

Fələstin-İsrail münaqişəsi genişlənir: “Hizbullah”, husilər və britaniyalılar da döyüşmək istəyirlər - VİDEO

Fələstin-İsrail münaqişəsi getdikcə genişlənməyə başlayır, başqa ölkələrdən müxtəlif hərəkatlar, təşkilatlar müharibədə iştirak istəklərini bəyan edirlər.

Belə ki, Livanın “Hizbullah” hərəkatının liderlərindən biri müharibəyə girməyə hazır olduğunu bəyan edib.

“Hizbullah” döyüşməyə hazırdır. Vaxtı gələndə müdaxilə edəcəyik”, – deyə o bildirib.

Eyni zamanda, Yəmənin “Ənsarullah” hərəkatının üzvləri (husilər) fələstinlilərin tərəfində döyüşməyə hazır olduqlarını açıqlayıblar.

Bu yaxınlarda Ukrayna Silahlı Qüvvələrinə təlim keçən britaniyalı muzdlular isə İsrail ordusuna qoşulacaqlarını bəyan ediblər.

Mənbə: Vesti 24

Tacxeber.com

Oxşar xəbərlər