• 24 Noyabr 2024 14:54

ABŞ xüsusi təyinatlıları İsrail-Fələstin münaqişəsinə müdaxilə edə bilərlər

 

“ABŞ-nin 26-cı Dəniz Ekspedisiya Qüvvələrinin xüsusi təyinatlıları İsrail-Fələstin münaqişəsinin kəskinləşməsi zamanı girov götürülmüş ABŞ vətəndaşlarının axtarış-xilasetmə əməliyyatlarında iştirak edə bilərlər”.

Tacxeber.com xəbər verir ki, bu fikri NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin keçmiş Ali Baş Komandanı, ABŞ Hərbi Dəniz Qüvvələrinin istefada olan admiralı Ceyms Stavridis “Bloomberg” üçün yazdığı məqalədə qeyd edib.

“Çox güman ki, bunu 1-ci dərəcəli dəstə, elitar xüsusi təyinatlılar həyata keçirəcəklər. Hərçənd, bütün bunlar münaqişə zonasında ABŞ qoşunlarının, Qəzza səmasında isə ABŞ qırıcı və helikopterlərinin potensial mövcudluğu ilə bağlı suallar yaradacaq. Lakin prezidentin ən yüksək məsuliyyəti ABŞ vətəndaşlarının həyatını qorumaqdır”, – o qeyd edib.

Tacxeber.com

Oxşar xəbərlər