• 25 Noyabr 2024 03:53

Kırmızıgülün bu açıqlaması müzakirə yaratdı.

Son günlər Türkiyədə səhnə alan müğənnilərə dinləyicilərin müxtəlif əşyalar atması gündəm olub.

Müğənni Mahsun Kırmızıgül məsələyə münasibət bildirərək bunun həmkarlarının günahı olduğunu deyib.

“Ferdi Tayfur və Zəki Müren kimi sənətçilərin başına belə hadislər gəldiyini heç eşitməmişəm. Mənim də başıma gəlməyib. Xalqa nə verirsən, onu da alırsan. Bəlkə də hələ qət etməli olduqları məsəfələr var. 1-2 albomla olacaq işlər deyil” deyə, ifaçı bildirib.

Mahsunun açıqlaması sosial media izləyiciləri tərəfindən birmənalı qarşılanmayıb və tənqid olunub.

Qeyd edək ki, Türkiyədə sonuncu dəfə müğənni Fatma Turquta səhnədə oxuyarkən çaxmaq atıblar.  (Axşam)

Tacxeber.com

Oxşar xəbərlər