• 26 Noyabr 2024 07:40

Cüneyt Arkının doğmaları miras davasına çıxdı

Cüneyt Arkının doğmaları miras davasına çıxdı

Bir il  əvvəl dünyasını dəyişən türkiyəli aktyor Cüneyt Arkının mirasının bölünməsinə birinci xanımı Filiz Cüreklibatırdan olan qızı narazıdır.

Tacxeber.com Lent.az-a istinadla xəbər verir ki, o, atasının digər arvadı Betül Cüreklibatır, qardaşları Murat Cüreklibatır və Kaan Polat Cüreklibatıra qarşı əmlak oğurladıqlarını əsas gətirərək məhkəməyə şikayət edib.

İstanbul mhkəməsində Cüneyt Arkın qızından atasının Leventdə olan evi gizlədilib. İddiaya əsasən, həmin ev atasına təzyiq edilərək guya oğullarına və arvadına bağışlanıb.

Arkın qızına miras payı ayırıb. Ərizədə Filiz Cüreklibatıra vəd edilən miras payının heç vaxt verilmədiyi bildirilib.

Cüneyt Arkın mülkünü arvadı Betül Cüreklibatır və oğulları Murat Cüreklibatır və Kaan Polat Cüreklibatıra vəsiyyət edib.

Tacxeber.com

Oxşar xəbərlər