Bakıda tanınmış klinika xəstələri qanunsuz əməliyyat edir? – Nazirliklə Klinika arasında qalmaqal.
Bu yaxınlarda yerli mediada Azərbaycanın Xalq artistlərindən birinin gəlininin səhhətində ciddi problem yaranması barədə məlumat yayılmışdı.
Medicina.az xəbər verir ki, hadisə ilə bağlı Qaynarinfo-ya daxil olan məlumata görə, adının açıqlanmasını istəməyən xəstə “Laser Beauty” Klinikasının (LB Clinik) “Neapol” filialında estetik əməliyyat olunaraq evə buraxıldıqdan sonra – gecə saatlarında səhhəti qəfil pisləşib və komaya düşüb. Yaxınları xəstəni təcili Mərkəzi Gömrük Hospitalına aparıblar. Xəstə sözügedən hospitalda 10 gün koma vəziyyətində qalıb. Şükür ki, xəstə Gömrük Hospitalının həkimləri tərəfindən xilas oluna bilib.
Amma məlumatda diqqət çəkən məqam odur ki, xəstənin ilkin əməliyyat olunduğu “Laser Beauty” Klinikasının “Neapol” filialının estetik əməliyyatların aparılması üçün uyğun lisenziyaya malik olmadığı bildirilir.