• 26 Noyabr 2024 08:45

Mircavadov: “Get-gedə millidə eniş olacaq”

Azərbaycanın Əməkdar məşqçisi Ağasəlim Mircavadovun Qol.az saytına müsahibəsini Tacxeber.com olaraq size təqdim edirik.

– Əvvəlcə Azərbaycan millisinin Avro-2024-ün seçmə mərhələsində səfərdə Estoniyaya qalib gəldiyi oyunla (2:0) bağlı fikirlərinizi bilmək istərdik.

– Birinci mən sizə sual vermək istəyirəm. Millimiz Estoniyanı pis-yaxşı uddu. Siz bir jurnalist, yaxud da azarkeş kimi bu oyunu necə görürsünüz?

– Milli komandamızın heyətinə baxanda daha yaxşı oyun gözləmək olardı.

– Oyunçular zəifdir, yoxsa oyun?

– Oyunçular ayrı-ayrılıqda yaxşıdırlar.

– Mənə bir nəfər yaxşı oyunçu göstərin.

– Məncə, millimizin hazırkı heyətindəki əksər futbolçu yaxşıdır. Siz necə düşünürsünüz?

– Qapıçımız Şahruddin Məhəmmədəliyev ürəklə çıxış edir. Məni Rahil Məmmədov çox sevindirdi. Cinah müdafiəçiləri Elvin Cəfərquliyev və Toral Bayramov isə çox faydalı oldu. Biri qol vurdu, o birinin də ötürməsindən sonra rəqib qapısına penalti verildi. Heç TOP klublarda da cinah müdafiəçiləri belə oynaya bilmirlər. Bu da onu göstərir ki, potensialları var, Avropada oyanay bilərlər. Millimizdə problem çoxdur. Amma sevinmək də lazımdır ki, udmuşuq.

 

– Siz milli komandanın oyunundan razı qaldınız?

– Mən o mənada razı qaldım ki, çox sakit oynadılar. Biz adətən çox həyəcanlı oynayırıq, bir az rəqib sıxanda topu hara gəldi vururuq. Amma bu oyunda komandamız sakit idi, epizodları gözləyirdi. Biz bilməliyik ki, nəyin hesabına, hansı taktika ilə qalib gələ bilərik və bunun üzərində işləməliyik. Bizdə oyunçular var ki, sürətli ötürmələrə açıla bilərlər. Amma ötürmələr keyfiyyətli deyil. Elə Estoniya ilə oyunda Renat Dadaşov topu rəqibdən aldı qapıçı ilə təkbətək çıxdı. O, bunu bacarır. Başqa oyunçu olsaydı, bəlkə də ala bilməzdi. Amma o, Almaniya məktəbi keçib. Mübarizələrdə çox vaxt qalib gəlir.

Biz standart vəziyyətlərdən istifadə etməliyik. Künc zərbələrinə xüsusi diqqət etməliyik. Bizim o qədər gücümüz yoxdur. Ona görə də bir az ağıl işlətmək lazımdır. Estoniya ilə oyunun ikinci hissəsində komandamız təxminən 15 dəqiqə geridə “oturdu”. Bu da başadüşüləndir. İndi əksər komandalar bunun hesabına qalib gəlir. İndi ölkənin adı ilə heç nə demək olmur. Əsas komanın oyunudur.

– Milli komandamızın 10 üzvü ölkə xaricində çıxış edir… (sözümü kəsir)

– Həmin o futbolçularımız ölkə xaricində necə oynayırlar?

– Demək olar ki, 9 nəfəri hər oyunda meydana çıxır və komandalarına fayda verir.

– Hansı çempionatda oynayırlar?

– Məsələn, Mahir Emreli Xorvatiyada, Renat Dadaşov Türkiyədə.

– Xorvatiya çempionatı necədir, bilmirəm. Mən “Xəzər Lənkəran”ın baş məşqçisi olanda “Dinamo”ya qarşı oynamışıq. Futbolçuları o qədər keyfiyyətli deyildi. Mahir artıq “bişib”, başqa klublarda da oynayıb.

 

– Düşünürsüz ki, millimizdəki legionerlər normal çempionatlarda çıxış etmirlər? Hər halda onlar Azərbaycan çempionatından gediblər.

– Elə demək istəmirəm. Amma biri var ki, oyuna çıxasan, biri də var ki, lider kimi oynayasan. Xarici klublarda çıxış edən oyunçuları ona görə milliyə dəvət edirlər ki, onlar Azərbaycanda çıxış edənlərdən güclüdürlər. Mən də istəyirəm ki, onlar orada lider kimi oynasınlar. Bir iş də var ki, futbol kollektiv oyundur. Mahir bəlkə də yaxşı oynayır, amma digərləri bunu bacarmır və komanda uduzur. Burada Mahirin günahı yoxdur. Mən sevnirəm ki, bizim millinin 10 futbolçusu ölkə xaricində oynayır. Söhbət ondan getmir. Amma mənim istəyim odur ki, onlar keyfiyyətli futbol oynasınlar, lider kimi çıxış etsinlər.

– Millimizin ölkə xaricində çıxış edən üzvlərindən razı deyilsiniz?

– Onlar oynayırlar. İndi qalır onları birləşdirib komanda şəklində oynatmaq. Bu da baş məşqçinin səlahiyyətindədir. Biz istəyirik ki, millimizdə oyun olsun. Əsas budur. Amma hələlik mən o oyunu görmürəm. Estoniya ilə Bakıda oynayanda rəqib ilk hissədə komandamızı “öldürdü”.

– Deməli, bu heyətlə millimiz daha yaxşı yerdə olmalı idi.

– Bəli, olmalı idi. Amma müdafiədə və orta xətdə problemlərimiz var. Hücumda hər çey qaydasındadır, seçim çoxdur. Bizdə hələlik lider oyunçular da çatmır.

– Bu gün millimiz Avstriyadan xal və ya xallar ala bilər?

 

– Niyə almırlar? Dünən Moldova səfərdə Polşadan xal aldı. İndi millimizdə bir az sakitlikdir. Estoniya üzərində qələbə sayəsində bu gün yaxşı nəticə qazanmaq olar. Düzdür, Avstriya güclü yığmadır. Amma hazırda onlarla da oynamaq və nəticə qazanmaq mümkdür.

– U-21 millimiz Avropa çempionatının seçmə mərhələsində keçirdiyi hər iki oyunda uduzub. Son olaraq isə 37-ci dəqiqədə azlıqda qalan Şimali İrlandiya yığmasına Bakıda məğlub oldular. Ümumiyyətlə, U-21-də əsas millimiz üçün namizəd futbolçu görünmür. Bu haqda nə düşünürsünüz?

– Tam razıyam, indi U-21 millimizdə seçilən bir oyunçu da yoxdur. Bunun səbəbi isə odur ki, onlar Premyer Liqada oynamırlar. Heyətin bəlkə də cəmi 1-2 üzvü yüksək liqa oyunlarına çıxır. Qalanları isə əvəzedici heyət və 1-ci liqada çıxış edən futbolçulardır. Normal oyun tərcübələri yoxdur. O yaşda uşaqlar üçün oyun təcrübəsi çox vacibdir. U-21 millisinin baş məşqçisi Samir Əliyev həmişə axtarışdadır. Klublara gedir, danışır ki, filan futbolçu oynamalıdır. Həqiqətən də onların öz klublarında meydana çıxmaması faciədir.

– Bu gedişlə 5-6 ildən sonra əsas millimizi necə təsəvvür edirsiniz?

– Çox pis. Get-gedə eniş olacaq. Mütləq bir şey etmək lazımdır. Belə getsə, yenə legionerlər cəlb olunacaq. Mən bunu istəmirəm. Klubların üzərinə böyük iş düşür. Bizdə əvvəllər “Şəfa” komandası var idi. Cavan uşaqlar orada oynayırdı ki, təcrübələri olsun. İndi də belə bir komanda yaratmaq lazımdır. Futbolçularımız 17-18 yaşına çatanda hamısı itib-batır.

Tacxeber.com

Oxşar xəbərlər