Xocalı rayonunun Meşəli kəndində dinc sakinlərin mühasirədən çıxarılması üçün köməyə gəldikləri üçün qətlə yetirilən Azərbaycanın polis və hərbi qulluqçularının adları açıqlanıb.
“Report”un məlumatına görə, 1991-ci il dekabrın 23-də mühasirədə qalan dinc sakinlərə yardım etməyə gedən, Meşəli polis bölməsinə Ağdam Rayon Polis (keçmiş milis) Şöbəsindən ezam olunmuş, həmin şöbənin kiçik serjantları – 19 avqust 1970-ci il təvəllüdlü Rüstəmov Hidayat Eldar oğlu, 6 iyun 1969-cu il təvəllüdlü Ağayev Faiq Alış oğlu, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin keçmiş 18110 saylı hərbi hissəsinin hərbi qulluqçuları – 13 oktyabr 1964-cü il təvəllüdlü leytenant Eyyubov Kamil Baba oğlu, 9 iyul 1961-ci il təvəllüdlü əsgər Qonaqov Musal Mirzağa oğlu və könüllü özünümüdafiə dəstəsinin döyüşçüsü, 28 iyun 1961-ci il təvəllüdlü Əzimov Tahir Eyyub oğlu bu gün növbəti məhkəməsi keçirilən Vaqif Xaçatryan və erməni hərbi birləşməsinin digər üzvləri tərəfindən qətlə yetiriliblər.