• 26 Noyabr 2024 10:40

Məşhur rusiyalı stilist Bakıda keçirdiyi illərdən danışdı.

Məşhur rusiyalı stilist, teleaparıcı Vlad Lisovets “Lera in Big City” adlı yutub layihəsinin qonağı olub.

Tacxeber.com axşam.az-a istinadən xəbər verir ki, Lisovets müsahibəsində Bakıda dəmiryolçu ailəsində anadan olduğunu açıqlayıb. Onun atası Vasili lokomotiv maşinist, anası Tatyana isə dəmiryolunda laboratoriyada kimyaçı çalışıb.

Stilist Bakıda keçirdiyi illərdən söhbət açıb. O, 6 yaşı olanda atasının ailəsini tərk edərək başqa qadınla yaşadığını deyib. O, vurğulayıb ki, həmin vaxtlar anası və qardaşı ilə ata nənəsinə məxsus evin bir otağında qalıblar:

“İkinci arvadını keçmiş həyat yoldaşının və uşaqlarının olduğu evə necə gətirə bilərsən? Anamı acılar içində görürdüm”.

Lisovets atasının ikinci xanımını zamanla nənəsinin yanına gətirdiyini və davamlı olaraq anasını təhqir etdiyin deyib. O, atasının ikinci həyat yoldaşını belə xatırlayır:

“Çox gözəl geyinmişdi, hər şeyi Moskvadan idi, papaqlar, paltolar. O, mənim anam qədər gözəl deyildi. Qırmızı paltoda, hansı ki, yerə qədər dəyirdi, böyük şlyapada bizə gəlirdi. Çünki başqa yer yox idi. Bir ev idi, bir otağında biz üçümüz yaşayırdıq. Ev nənəmin idi, ora oğlu xanımı ilə gəlirdi, bunu necə qadağan etmək olar?

 

Atam 20 il əvvəl vəfat edib. Bizim aramızda münasibət olmayıb, ancaq davalar. Həmişə anamın tərəfində olub, onu müdafiə etmişəm. Çünki o çox vaxt spirtli içki qəbul edirdi və həmişə pis əhval-ruhiyədə olurdu. Uşaqkən anladım ki, anamın arxasında ona sipər olmalıyam. Çünki atam yekəpər idi və çox səs-küylü biri idi. Bu mənada ona oxşamışam. O, mənim tərbiyəmdə rol oynamayıb. Mən yalnız böyüyəndə anladım ki, o necə əla adam idi, amma sağ olan müddətdə biz bunu qiymətləndirə bilməmişdik. Biz başqa birini istəyirdik, hansı ki, kitablarda oxuyub, filmlərdə gördüyümüz atalardan”.

Stilistin sözlərinə görə, o, 13 yaşında olarkən həmin qadının üzərinə şorba töküb. Bundan sonra aralarında qalmaqal yaradıb və polisə şikayət edib:

“Beləcə, onun bizim evə girişinə qadağa qoyuldu. Çünki Qafqazda ailəyə, uşaqlara, qocalara hörmət var. Buna görə də orada qanun işləyir. Buna görə də, onu çağırıb dedilər ki, “ay kişi”, onlarda belə kəlmə var, nə edirsən? Bununla da bu problem bitdi.

Mən atamdan incimirdim. O kişi idi, necə düzgün hesab edirdisə, elə də yaşayırdı. Sonralar anamla atamı Moskvada bir araya gətirdim. Mən daim atamdan məsləhət alıram. Nə vaxt ki, mənim Tanrının köməyinə ehtiyacım olur, onda atama üz tuturdum. Deyirəm ki, sən ki, bunu həll edə bilərsən, axı görürsən mənə necə çətindir. Həqiqətən də hər şey həll olunur. O, yaxşı adam idi, lakin cavanlıqda səhvləri olub. Çünki atam anam kimi bizi qanadlarının altına almırdı. O əylənməyi, yaxşı geyinməyi sevirdi. Buna görə də qadınlar ona heyran olurdular. Mağazada gözlər ona zillənirdi, 2 metr boyu var idi. Mən özüm atama bənzəmişəm. Anam qapalı qutudur. Xəstəxanaya düşüb, orada mənim adımı yazmağa utanıb. Amma atam hara getdi mənim oğlum məşhur stilistdir, kanallara çıxır deyirdi”.

 

Tacxeber.com

Oxşar xəbərlər