• 26 Noyabr 2024 10:45

“2023-cü ilin sonuna qədər sülh müqaviləsini imzalamağa hazıram”

“2023-cü ilin sonuna qədər sülh müqaviləsini imzalamağa hazıram”

Ermənistanın baş naziri Nikol Paşinyan 2023-cü ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olduğunu açıqlayıb.

Tacxeber.com xəbər verir ki, o, Avropa Parlamentində çıxışı zamanı deyib:

“Bu ilin sonuna qədər Azərbaycanla sülh sazişi imzalamağa hazırıq”.

Paşinyan bildirib ki, Ermənistan Avropa İttifaqı ilə münasibətləri regional münasibətlərə qarşı qoymadan dərinləşdirmək niyyətindədir.

Onun sözlərinə görə, Ermənistan və Azərbaycan sərhədində monitorinq aparan Avropa İttifaqının mülki monitorinq missiyasının simasında Ermənistanla Aİ arasında münasibətlərə “təhlükəsizlik elementi” əlavə edilib.

Paşinyan Ermənistan və Aİ arasında münasibətlərin “yüksək dinamikası” barədə danışıb və qeyd edib ki, “demokratiya Ermənistanın strateji seçimidir”.

“Aydındır ki, Aİ təsisatları arasında münasibətlərin dərinləşdirilməsi üçün konsensus var”, – deyə o əlavə edib.

Tacxeber.com

Oxşar xəbərlər