• 25 Noyabr 2024 23:55

Düyünü faydasını itirmədən bişirək – MƏSLƏHƏT

 

Rusiyalı terapevt, diyetoloq, tibb elmləri doktoru Marqarita Korolyova buxarda bişmiş düyünün sinir sistemi üçün olduqca faydalı olduğunu bildirib.

Mütəxəssisin sözlərinə görə, buxarda hazırlanmış düyüdə çoxlu B vitaminləri var ki, insan orqanizminin buna böyük ehtiyacı var.

“Düyünün bütün qida dəyərini qorumaq üçün buxarda bişirmək lazımdır. Eyni zamanda, bişmə zamanı B vitaminləri və əlavə minerallar düyünün üst qatından əsas hissəsinə keçir”, – deyə Marqarita Korolyova izah edib.

İnsanda qrup vitaminləri kifayət qədər olmadıqda müxtəlif nevroloji pozğunluqlar yarana bilər. Marqarita Korolyova düyünü gecə soyuq suda isladıb, səhər su şəffaflaşanadək yaxalamağı, ondan sonra bişirməyi məsləhət görür.

“Bu, yüksək glisemik indeksi olan nişastanın tərkibini minimuma endirmək üçün lazımdır. Yalnız bundan sonra düyü bişirməyə başlamalısınız. Onu səhər yeməyi, nahar və ya şam yeməyində yeyə bilərsiniz”, – deyə həkim qeyd edib.

Diyetoloq, həmçinin bağırsaq hərəkətliliyini yaxşılaşdırmaq üçün düyünü tərəvəz və göyərti ilə birlikdə bişirib yeməyi məsləhət görür.

Tacxeber.com

Oxşar xəbərlər