Ermənistan Qarabağdan yüz mindən artıq erməninin köçdüyünü bəyan etsələr də, sonda həqiqəti gizlədə bilmədilər. Zərb məsəlində deyildiyi kimi, yalan ayaq tutar, amma yeriməz və ömrü qısa olar. Ermənilərin də növbəti hiyləsi məhz özləri tərəfindən ifşa edildi. Belə ki, Qarabağdan çıxan ermənilərin rəsmi statistikasını açmalı oldular.
Tacxeber.com xəbər verir ki, bunu Ermənistanın əmək və sosial məsələlər naziri Narek Mkrtçyan hökumətin bu gün keçirilən iclasında deyib.
“Oktyabrda köçkün düşən 40 min Qarabağ sakininə maddi yardım göstərmək üçün Ermənistanın dövlət büdcəsinin ehtiyat fondundan 2 milyard dram ayrılacaq”, – erməni nazir deyib.
Nazirin sözlərinə görə, hökumət 6 ay müddətinə müvəqqəti mənzillərdə yaşamaq üçün 40 000 dram, kommunal xidmətlər üçün 10 000 dram yardım edəcək.
Ermənistanın baş naziri Nikol Paşinyan isə iclasdakı çıxışında deyib: “Biz Qarabağdan köçənlərə dəstək olmaq üçün hər şeyi edirik. Onların Qarabağa qayıtmaq üçün faktiki arzu və ya imkan olmadığı halda bizim siyasətimiz onların Ermənistanda qalmaları üçün hər şeyi etməkdir”.
Onu da bildirib ki, Qarabağdan köçən ermənilərin heç də hamısı Ermənistanda qalmaq istəmir və başqa ölkələrə getmək istəyirlər: “Hazırda Qarabağdan köçən 3000-dən çox insan Ermənistanı tərk edib”.
Xatırladaq ki, Qarabağın erməni sakinləri bölgəni tərk edən zaman Ermənistan tərəfi onların sayını tez-tez açıqlayaraq rəqəmləri şişirdilmiş şəkildə təqdim edirdi. İndi isə hansısa qara planlarının baş tutmadığını gördükdə doğru danışmağa üstünlük verdilər. Bilmək olmaz, bəlkə bu rəqəmlər də şişirdilmiş şəkildə açıqlanıb.