• 24 Noyabr 2024 21:07

Bulqurda da hiylə var – Saraldılan, ya normal olanı almalı?

Ən çox işlətdiyimiz qida məhsullarından biri də bulqurdur.  

bulqurda-da-hiyle-var

 

Son illərdə qidalara edilən müdaxilələr geniş vüsət alıb. Hər kəs qidanın az kimyəvi prosedura məruz qalmasını istəyir. Bulqur üçün də bəzi hiylələr edilib.

Tacxeber.com əsl bulquru seçmək üçün bəzi ipucları təqdim edir:

Mexaniki saraltma doğru deyil

Sarı bulqurun istehsal mərhələsində mexaniki saraltma əməliyyatı tətbiq olunur. Mexaniki saraltma istehsalçı və istehlakçı üçün itki deməkdir. Sarı rəngli bulqur istehsal etmək üçün buğdaya uzun müddətli və yüksək rütubət verilərək xüsusi maşınlarda dənlərin bir-birinə sürtülməsi təmin edilir. Normal bulqura görə sarı bulqurun qabıqları daha çox soyulur. Bu proses zamanı dənin kökünə qədər yonulur və qida lif miqdarının 40 faizini itirir. Beləliklə də bulqur həm qida dəyərini itirir, həm də bulqurluqdan çıxır. B12 vitamini istisna olmaqla,  bütün B qrupu vitaminləri, fol turşusu, E vitamini, sink, maqnezium və lif baxımından zənginliyi ilə məşhurlaşan bulqur  istehsal prosesində qida dəyərini itirir.

Xərçəngi əngəlləyən lif azalır

Buğda taxılının  bulqura çevrilməsi zamanı dənənin qabıq hissəsi soyulur və saraltma prosesinə məruz qalır.  Bütün bu kimyəvi prosedur qida dəyərinin,  eləcə də lif dəyərinin itirilməsinə səbəb olur. Çünki buğda dənəsinin qabıq hissəsi lif, qabığın altındakı qism isə B qrupu vitamini ilə zəngindir. Ona görə də təbii bulqur lif və qida dəyəri ən yüksək olandır.

Bulqurun faydaları 

Yüksək miqdarda lif tərkibinə görə,  insanı tox tutur və kökəlmənin qarşısını alır.

Bağırsaq hərəkətliliyini artıraraq  qəbizlikdən qoruyur.

Bağırsaq mikroflorasını yaxşılaşdırır və xərçəngə qarşı qalxan rolunu oynayır.

Yavaş-yavaş sorulduğu üçün insulinin miqdarını artırmır.

Tacxeber.com

Oxşar xəbərlər