• 24 Sentyabr 2024 16:28

Rusiyadan Çinə qaz nəqli rekord səviyyədə artdı – İlin sonunadək…

2023-cü ildə “Sibirin gücü” qaz boru kəməri ilə Rusiya qazının Çinə nəqli ötən illə müqayisədə 46,6 faiz artıb.

Bunu Rusiyanın “Qazprom” enerji şirkətinin rəhbəri Aleksey Miller Pekində Çinin neft və təbii qaz şirkəti “CNPC”nin sədri Dai Houliang ilə görüşdə deyib.

Miller Rusiyanın Saxalin vilayətindən Çin üçün nəzərdə tutulan yeni xəttin layihələndirilmə işlərinin davam etdiyini bildirib. O, həmçinin Çin üçün Monqolustanda “Soyuz Vostok” xəttinin dizayn işlərindəki son yenilikləri də diqqətə çatdırıb.

“Qazprom” Çinlə razılaşdırılmış marşrutlar vasitəsilə tədarükün daha da artırılmasına və təbii qazı etibarlı şəkildə təmin etməyə hazırdır”, – deyə Miller bildirib.

Görüş zamanı, həmçinin ilin sonunadək Rusiya qazının Çinə əlavə tədarükü ilə bağlı “Qazprom” və “CNPC” arasında müqavilə imzalanıb. (Teleqraf)

Tacxeber.com

Oxşar xəbərlər