• 25 Noyabr 2024 03:16

İbrahim Tatlısəsin qızı 3 günlük yas qərarına SƏRT REAKSİYA verdi – “Əgər bu milli matəmdirsə…”

İbrahim Tatlısəsin qızı Dilan Çıtak Fələstində baş verən hadisələrdən sonra elan edilən 3 günlük milli matəm çərçivəsində konsertlərə qadağa qoyulmasına sərt reaksiya verib.

Ötən il Levent Dörterlə evlənən məşhur xalq müğənnisi İbrahim Tatlısəsin qızı Dilan Çıtak İsrailin Fələstində günahsız insanları qətlə yetirməsindən sonra Türkiyədə elan edilən 3 günlük milli matəm çərçivəsində konsertlərin ləğv edilməsinə münasibət bildirib.

Yaxın Şərqdə baş verənlər “insan faciəsi” kimi tarixə düşsə də, İsrail Fələstində günahsız insanları qırmağa davam edir. İsrailin günahsız insanlara qarşı hücumları nəticəsində minlərlə insan həyatını itirib, Türkiyədə 3 günlük milli matəm elan edilib. 

Türkiyədə milli matəm çərçivəsində bir çox konsertlər ləğv edilib. Məşhur xalq müğənnisi İbrahim Tatlısəsin müğənni qızı Dilan Çıtak verilişlər davam edərkən konsertlərinin ləğv edilməsinə sosial media hesabından reaksiya verib.

Sosial media hesabından açıqlama verən Dilan Çıtak paylaşımında bu ifadələrdən istifadə edib:

“Niyə musiqi sənayesi milli matəmdən təsirlənən yeganə sektordur? Evlənmək, təmizlik, yemək bişirmək verilişləri və bütün bu kimi verilişlər hələ də televiziyalardadır… Məncə, musiqi sənayesində işləmək musiqi sənayesindəki insanlar üçün lüks kimi qəbul edilir? Bu milli matəmdirsə, siz də televiziyadasınız”. “Bu anlayış hər bir mediaya dərd gətirəcək. Yalnız sənətçi və musiqi məsuliyyət daşımamalıdır”. (Azinform)

Tacxeber.com

Oxşar xəbərlər