• 25 Noyabr 2024 07:55

“Qəbələ” MMA döyüşçüləri ilə yeni müqavilə imzaladı.

“Qəbələ” İdman Klubu MMA döyüşçüləri Nəriman Abbasov, Vüqar Kərəmov və Tofiq Musayevlə yeni müqavilə imzalayıb.

Tacxeber klubun saytına istinadən xəbər verir kİ mərasim bu gün “Baku MMA Academy”də təşkil olunub.

Tədbirin əvvəlində çıxış edən “Qəbələ” İdman Klubunun ümumi işlər üzrə koordinatoru Səbuhi Qarayev idman klubunun 11 ildir fəaliyyət göstərdiyini bildirib: “Həm Bakıda, həm də Qəbələdə MMA bölmələrimiz var. Qəbələdə hər gün 250-yə yaxın insan futbolla yanaşı, müxtəlif idman növləri ilə də məşğul olur. Bu cür tanınmış idmançıların sıralarımıza qoşulması MMA-yə daha da böyük maraq yaradacaq. Bu istiqamətdə tanınmış mütəxəssis Ruslan Əfəndiyev bizimlə çalışacaq, Şəhriyar Abbasov MMA məktəbində məşqçiliyini davam etdirəcək. İdmançılarımıza qarşıdakı döyüşlərdə uğurlar arzu edirik”.

Daha sonra idmançılarla bir illik müqavilələrin imzalanması mərasimi keçirilib. Bir ildən sonra tərəflər etiraz etməsə, müqavilələr avtomatik olaraq yenilənəcək. Nəriman Abbasov uzun müddətdir ki, “Qəbələ” İdman Klubunun idmançısıdır. Tofiq Musayev və Vüqar Kərəmov isə rəsmi olaraq bu gün klubun sıralarına qoşulub.

İmza mərasiminin ardınca idmançılar “Rizin” turniri çərçivəsində Bakıda təşkil olunacaq döyüşlər barədə danışıblar, bununla bağlı media nümayəndələrinin suallarını cavablandırıblar.

Xatırladaq ki, MMA döyüşçüləri noyabrın 4-də “Rizin” turniri çərçivəsində Bakıda baş tutacaq “Landmark 7”də qüvvəsini sınayacaq. Milli Gimnastika Arenasında keçiriləcək turnirdə Kərəmov yaponiyalı Çihiro Suzuki, Musayev “Gündoğar ölkə”nin digər təmsilçisi Toji Takeda, Abbasov isə rusiyalı Ali Abdulxalikovla üz-üzə gələcək.

Tacxeber.com

Oxşar xəbərlər