• 23 Noyabr 2024 12:59

“Yaprak Dökümü”nün aktyoru vəsiyyətini açıqladı: “Ölümümdən sonra..”

 

“Yaprak Dökümü”ndə Əli Rıza bəy obrazı ilə yadda qalan sənətçi Halil Ergün vəsiyyətini açıqlayıb.

 

Tacxeber.az bildirir ki, ölümündən sonra dəfn mərasimi istəmədiyini bildirən aktyor fikirlərinə bu cür davam edib:

 

“Bir çox əziz dostlarımızın, qardaşlarımızın, hörmət etdiyim insanların dəfn mərasiminə getmişəm. Amma ümumi mədəniyyət haqqında danışıram. Yəni görürəm ki, bunu özünə vəzifə kimi görənlər var. Mənim ölümümə görə heç kim borclu deyil”.

 

Halil Ergün həmçinin İznikdə dəfn edilmək istədiyini də bildirib:

 

“Həyata çox yerli-dibli baxıram. İznik bir ovucdur, mənim ailə qəbiristanlığım da oradadır. Mən orada dəfn olunmaq istəyirəm. Ürəyi istəyən ora gələr. İşçilərimə deyirəm ki, mən öləndə bacımın oğulları gəlib dəfnimi aparsınlar. Onsuz da o anda mənim öldüyüm eşidiləcək. Çox sevən avtobusa minib İznikə gələr”.

Tacxeber.az

Oxşar xəbərlər