Hörmüz boğazını bağlayacayıq – İran Dünya 22 Oktyabr 2023 12:45 204 Paylaşİran parlamentinin hüquq komissiyasının üzvü Həsən Novruzi ABŞ-ın müharibəyə qoşulacağı ehtimalından danışıb.Bu barədə yerli mediaya müsahibəsində deyib.“Amerika İsrailin xeyrinə müharibəyə qoşulsa, Hörmüz boğazını bağlayacayıq”, – Novruzi bildirib.Qeyd edək ki, İran-İraq müharibəsi dövründə də Tehran Hörmüz boğazını bağlayacağı ilə təhdid etmişdi və bundan sonra ABŞ tərəfindən bir neçə ağır zərbəyə məruz qalmışdı. (Axar)Tacxeber.com