Rusiyalı nevroloq Yekaterina Demyanovskaya təbiət hadisələrinin sağlamlığa necə təsir etdiyindən danışıb.
Tacxeber.com xəbər verir ki, nevroloq özünü daha yaxşı hiss etmək üçün pis hava və maqnit fırtınaları zamanı nə etməli olduğuna dair məsləhətlər verib.
“Hətta sağlam insanlar geomaqnit qasırğaları və ya günəş tutulmaları zamanı izah olunmayan stress, artan narahatlıq, fiziki ağrılara həssaslıq və digər xarici amillərlə qarşılaşa bilərlər”, – deyə həkim bildirib.
Demyanovskayanın fikrincə, geomaqnit sahəsindəki dəyişikliklər damar divarının tonusuna və qanın laxtalanma qabiliyyətinə təsir göstərir. Geomaqnit qasırğaları zamanı meteohəssas insanlar yüksək və ya aşağı təzyiqdən, başgicəllənmədən, baş ağrısından, göz almalarında və oynaqlarda narahatlıqdan şikayət edə bilərlər.
Yüksək hava həssaslığı olan insanları hava şəraitinin təsirindən qorumaq çətin olsa da, bu təsiri nisbətən azaltmaq mümkündür. Pis hava və ya geomaqnit qasırğaları zamanı həkim isti ayaq vannaları, kontrastlı duş qəbul etməyi və gimnastika etməyi məsləhət görür. Təmiz havada gəzmək də orqanizmə yaxşı təsir göstərir.(oxu.az)