• 24 Noyabr 2024 04:06

Türkiyə hakimiyyəti HƏMAS liderini ölkədən QOVDU

Türkiyə hakimiyyəti Fələstin-İsrail münaqişəsi başlayan gün İstanbulda olan Həmas siyasi bürosunun rəhbəri İsmayıl Haniyəni ölkədən qovub.

Fələstin hərəkatının lideri sosial şəbəkələrdə İsrailin hücumları ilə bağlı xəbərlərə baxarkən HƏMAS-ın digər liderləri ilə birlikdə diz çökərək “şükür duası” qıldığı videonun yayılmasından sonra Türkiyəni tərk etməsi tələb olunub.

 

Mətbuatın yazdığına görə, Ankara Haniyənin Türkiyədə yaşayan müavini Salah əl-Arurinin açıqlamalarından da qəzəblənib. O, “Əl-Cəzzə” telekanalına müsahibəsində bildirib ki, HƏMAS Təl-Əvivi fələstinli məhbusları azad etməyə məcbur edəcək qədər israilli ələ keçirib.

Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Haniyə ilə telefon danışığı aparıb və Ankaranın öz ərazisində yaralı fələstinlilərə yardım edəcəyini bildirib. Türkiyə liderinin sözlərinə görə, humanitar yardımın döyüşlərin getdiyi Qəzza zolağına çatması üçün hər cür səy göstərilir. Ərdoğan həmçinin əlavə edib ki, Türkiyə regionda atəşkəsin tərəfdarıdır və davamlı sülh ideyalarını beynəlxalq arenada müdafiə etməyə davam edəcək. (Unikal)

Tacxeber.com

Oxşar xəbərlər