Tanınmış idmançı İlyas Yakubov paylaşımına görə həbs olundu İdman 23 Oktyabr 2023 20:03 278 Paylaş Tanınmış MMA döyüşçüsü İlyas Yakubov terrora haqq qazandırmaqda təqsirləndirilərək dekabrın 11-dək həbs edilib.Tacxeber.com xəbər verir ki, o, Rusiyanın Naqatinski məhkəməsində idmançı olduğunu və cinayət törətmədiyini bildirib.Yakubov dünən günortadan sonra hava limanında saxlanılıb – o, Əbu-Dabidən Moskvaya uçub.Cinayət işi instaqramda çeçen Şamil Basayevin sitatlarına əsaslanan paylaşıma görə başlanıb.Həbs olunmazdan bir qədər əvvəl federal axtarışa verilib.Oktyabrın 27-də o, Vyaçeslav Vasilevskiyə qarşı döyüşməli idi, lakin idmançı saxlanıldıqdan sonra görüş ləğv edilib.Tacxeber.com