Tacxeber.com xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Eli Koen “X”də yazıb.
O, BMT Baş katibi Antoniu Quterreşlə görüşdən imtina etdiyini bildirib.
Nazir buna səbəb kimi BMT-nin balanslı siyasət yeritdiyini göstərib: “7 oktyabrdan sonra balanslaşdırılmış yanaşmaya yer yoxdur”.
Qeyd edək ki, oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir həmin gün ölkədə fövqəladə vəziyyət elan edib. İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib.