• 25 Noyabr 2024 11:29

“Rusiyanın sülh müqaviləsi ilə bağlı planı budur“ – Arsenyan

 

“İndi biz elə bir vəziyyətdəyik ki, təşəbbüslər və platformalar paradının şahidi oluruq”.

Tacxeber.com xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Qurgen Arsenyan deyib.

“Brüssel platforması var. Amma daha bir platforma da var ki, uzun müddət fəal iştirakçı olub, o da Rusiyadır. Sülh müqaviləsinin imzalanması prosesində Rusiyanın öz maraqlarının olduğunu qeyd edə bilməliyik”, – deputat bildirib.

O xatırladıb ki, Ermənistanla Rusiya arasında strateji münasibətləri tənzimləyən bir sıra sazişlər, o cümlədən Rusiyanın Ermənistanda hərbi bazasının və birgə hava hücumundan müdafiə sisteminin mövcudluğunu təmin edən müqavilələr var:

“Bunun fonunda Rusiya Ermənistanla Azərbaycan arasında mümkün sülh sazişinə Rusiyanın Ermənistandakı mövcudluğunun gələcək məsələlərini həll etməli olan sənəd kimi baxır”.

Arsenyan bunu tamamilə təbii və başadüşülən hesab edir və qeyd edib:

“Partnyorumuzun bu müzakirələrdə öz istəklərinin ifadəsinin olub-olmayacağı, hansısa formada müqaviləyə daxil edilib-edilməyəcəyi erməni tərəfinin müzakirəsinin əsas mövzusu olacaq texniki məsələdir. Azərbaycan da Türkiyənin istəklərini öz mövqeyinə daxil edir. Türkiyə danışıqlarda birbaşa iştirak etmir, amma fikrimcə, onun istəkləri Azərbaycanın bizə təklif etdiyi mətndə ifadə olunur”.(Teleqraf.com)

Tacxeber.com

Oxşar xəbərlər