“Həbsxanada ağlamaq istəyəndə mahnı oxuyurdum. Özüm ağlamırdım, amma oradakıların təzyiqi qalxırdı. Dayanırdım, oxumurdum. Deyirdim ki, onlara nəsə olar və məni yenidən həbs edərlər. Bir də ən çox Ay görmək üçün darıxırdım. Gecə gözləyirdim balaca pəncərədən ki, Ay fırlanıb keçəndə görüm. Allah mənə böyük güc verdi”.
Tacxeber.com Axşam-a istinadla xəbər verir ki, bu sözləri müğənni Fədayə Laçın “Günə son” proqramında deyib.
Həbsxanadakı günlərindən danışan ifaçı orada yaşadıqlarını etiraf edib:
“İnsan hər zülmə tabedir. Bir neçə aydan sonra elə öyrəşdim ki, elə bilirdim orada böyümüşəm. Allah mənə böyük səbr verdi. Əvvəl faciə kimi qəbul etdim. 5-10 gündən sonra deyirdim ki, nə yaxşı dincəlirəm”.