• 25 Noyabr 2024 10:38

Əkrəm Həsənov: “Niyə şənbə-bazar günləri məhz qadınlar işləməsinlər?!”

Əkrəm Həsənov: “Niyə şənbə-bazar günləri məhz qadınlar işləməsinlər?!”

Hüquqşünas Əkrəm Həsənov qadınların şənbə-bazar günləri işləməməsi ilə bağlı təklifə  münasibət bildirib. 

Tacxeber.com Pravda-ya istinadla xəbər verir ki, o, şənbə-bazar günü işləyənlər üçün həftəiçi istirahət vaxtı ayrıldığını deyib.

“Niyə məhz qadınlar şənbə-bazar günləri işləməsinlər? Bunu  başa düşə bilmirəm. Ailəli qadın şənbə-bazar işləyəndə nə dəyişir? Həftə sonu ailəli qadında qeyri-adi nə baş verir? Əksinə, şənbə-bazar əri də evdədir. Uşaqlara baxmaq lazımdırsa, əri baxacaq. Bəlkə də, qadının digər iş günü istirahət etməsi yaxşıdır ki, vaxtından daha səmərəli istifadə edə bilər.

Əgər ümumən əmək qanunvericiliyi pozulmursa, həftəlik, yəni 40 saat işləyirsə, hər bir halda 2 istirahət gününü qadına verirlər. Niyə şənbə-bazar məhz qadınlar işləməsinlər, kişilər isə işə çıxsınlar? Bunun məntiqini tuta bilmirəm. Onsuz da, Azərbaycanda çox hallarda əmək qanunvericiliyən riayət olunmadığını bilirəm. Hətta iş həftəsi 40 saatdan da çox olur. Bəzən heç 2 gün istirahət də vermirlər. Pozuntu edənlər məsuliyyətə cəlb olunmalıdırlar, amma söhbətimiz bu deyil”, – deyə ekspert vurğulayıb.

Tacxeber.com

Oxşar xəbərlər