“Bizim aramızda mübahisə az olub. Elə bir mövzuda mübahisəmiz oldu və ayrıldıq”.
Tacxeber.com xəbər verir ki, bu sözləri müğənni İlahə İbadova ARB-nin “Günə son” verilişində deyib.
O əlavə edib: “Əməllərinə dözdüm. Amma 4 aylıq uşağı vurmasını ona keçə bilmədim. Bəlkə də məni vursaydı, qəlbim ona qırılsa da, keçmək olardı. Sonda belə də oldu. Şəxsiyyət olaraq o insan gözümdən düşdü”.
Müğənni keçmiş ərinin ona avtomobildə də əl qardığını vurğulayıb.
Xatırladaq ki, İlahə İbadova həmkarı Mirsaleh Əliyevlə ailəli olub.