• 25 Noyabr 2024 05:44

Azərbaycanda kişilər 1,5 kq, qadınlar isə 900 qram kökəlib – Rəsmi

Son 8 il ərzində Azərbaycanda kişilərin orta çəkisi 1,5 kq, qadınların çəkisi isə 900 qram artıb.

 2015-ci ildə Azərbaycanda kişilərin orta çəkisi 72,1 kq, qadınların orta çəkisi isə 65,1 kq olduğu halda, ötən il kişilərin orta çəkisi 73,6 kq, qadınların orta çəkisi isə 66 kq olub.

Ümumiyyətlə son 8 ildə həm kişilərin, həm də qadınların çəkisi ən yüksək səviyyəyə ötən il çatıb.

Ötən il Azərbaycanda kişilərin 4%-i, qadınların isə 4,9%-i artıq çəkiyə sahib olublar.

Nəticədə son 8 ildə artıq çəkisi olan kişilərin və qadınların da sayı ən yüksək səviyyəyə çatıb.

Son 8 ildə kişilərin boyu 2 sm artıb, qadınların boyu isə dəyişməz qalıb.

Ötən il Azərbaycanda kişilərin orta boyu 171,4 sm, qadınların orta boyu isə 163,8 sm olub. (Yeniavaz)

Tacxeber.com

Oxşar xəbərlər