• 25 Noyabr 2024 05:26

Ekstrasens “Bığ Cahangir”in qardaşı oğlunu belə aldadıb .

Tacxeber.com Time TV istinadən bildirir ki, falçılıq və cadugərliklə məşğul olan, Özbəkistan Respublikasında anadan olmuş “Katya” ləqəbli Ekaterina Aleksandrovna Azərbaycan vətəndaşı Cəlal Əsgərovun şikayəti əsasında həbs edilib və 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Səbəb odur ki, Cəlal Əsgərov Ekaterina Aleksandrovna vasitəsilə əmisi, AZAL-ın (Azərbaycan Hava Yolları Şirkəti) keçmiş prezidenti Cahangir Əsgərova cadu elətdirmək istəyirmiş.

Gününsesi.infonun yazdığına görə isə  falçı Cəlal Əsgərovdan əmisinin dil-ağzını bağlamaq üçün 8 qoyun kəsilməsinin lazım olduğunu bildirib. Bunun üçün ondan 960 manat alıb. Lakin Cahangir Əsgərovun dil-ağzı “bağlanmayıb”. Buna görə qardaşı oğlu falçı-cadugərə ayrı-ayrı vaxtlarda 4 min dollar və 1300 manat pul verib.

İstintaqa dediyinə görə, bundan sonra Cahangir Əsgərovun dili-ağzı, gözü “bağlanıb”. Qardaşı oğluna maddi dəstək olub, onun qeyri-qanuni işlərini “görməyib”. Cadunun gücünə inanan Cəlal Əsgərov əmisinin himayəsilə qazandığı pulları da sehr-tilsimlə artırmaq qərarına gəlib.

2020-ci ilin iyul ayından başlayaraq Ekaterina mütəmadi olaraq telefonda Cəlala yazaraq “20.000 dollar ver, həmin pulu 200.000 dollara çevirib, qaytaracam” deyib.. Cəlal ona inanaraq 4 sentyabr 2020-ci il tarixdə 20.000 dollar məbləğində pulunu Ekaterinanın mənzilində ona verib. 2021-ci ilin yanvar ayına qədər gözləyib, lakin Ekaterina pulunu qaytarmayıb.

Cəlal artıq anlayıb ki, Ekaterina onu aldadırmış və söhbətlərin birində bu barədə həyat yoldaşı Anastasiyaya deyib.

Anastasiya da “Katya”nın onu da  aldatdığını Cəlala etiraf edib. Məlum olub ki, Ekaterina Aleksandrovna Cəlalın həyat yoldaşının qiyməti 10.519 avro olan bir karat birilliantdan ibarət tək qaş ağ qızıldan hazırlanmış nişan üzüyünü və xeyli miqdarda pulunu ələ keçirib. Onlar bundan sonra falçı-cadugərlə bağlı hüquq mühafizə orqanlarına şikayət ediblər.

Tacxeber.com

Oxşar xəbərlər