• 25 Noyabr 2024 05:59

“Efirə çıxan narkomanlar elə danışır ki, adam…” – Sensasiyalı açıqlama

“Efirə çıxan narkomanlar elə danışır ki, adam...” - Sensasiyalı açıqlama

“Bəzi jurnalistlər həqiqətən cəmiyyəti maarifləndirməyə  çalışır və vaxtilə narkoman olmuş, reabilitasiyada olan şəxslərdən müsahibə alır. Bu zaman ona elə suallar verir ki, insanlar avtomatik olaraq “Mən etsəm, həyatımda nələr baş verər” – deyə düşünür. Amma bəziləri bu şəxslərin üzərindən reytinq yığmağa çalışır. Narkomana elə suallar verir ki, o, bu həzzi danışanda adam özü də həmin həzzi yaşamaq istəyir…” 

Bu sözləri Yenisabah.az-a tanınmış psixoloq Gülnar Orucova deyib. Tez-tez efirlərə, “YouTube” kanallarına narkomanların dəvət edilməsindən danışan psixoloq bunun cəmiyyətə mənfi təsir etdiyini açıqlayıb:

“Belə müsahibələrdə jurnalistin peşəkarlığından çox şey asılıdır. Narkomaniya əsrimizin bəlasıdır, son illər ölkəmizdə daha da çoxalıb. Xüsusilə də arıqlatmaq kimi funksiyası olduğu üçün qadınlar arasında narkotiklərə daha çox maraq yaranıb. Bu cür paylaşımların mənfi tərəfi inanın ki, müsbətlərindən daha çoxdur. Çoxları deyir ki, bundan qurtulmaq mümkündür. Mən psixoloq olaraq asılılığı olan şəxslərlə işləmirəm, çünki bunun düzələcəyinə inanmıram. Asılılıqdan əziyyət çəkən insanlar bir müddət düzəlsələr də, illər sonra yenidən həmin vəziyyətə düşürlər. Bu cür xəstələrlə işləmək mənə görə mənasızdır və onlar düzəlmir. Mən bu günə qədər asılılıqdan birdəfəlik qurtulan şəxsə rast gəlməmişəm, onlar fasilə versələr də, yenidən bu işə geridönüş edirlər…”

G.Orucova bu cür insanların efirə dəvət edilməsinin əleyhinə olduğunu bildirib:

“Belə insanları efirlərə dəvət etmək lazım deyil. Jurnalistlər bu cür insanları doğru-düzgün təqdim etməlidir, onları böyütməməlidir. İnsanlara onun daha çox pis, zərərverici tərəflərindən danışmalıdır.

Bu gün insanlara tez-tez təqdim edilən şeylərdən biri də plastik, estetik əməliyyatlardır. Əvvəllər qadınlar bu cür əməliyyatlardan qorxurdular, lakin son dövrlərdə efirlərdə, sosial şəbəkələrdə bu əməliyyatlardan danışıldı, deyildi ki, asandı, əslində çətin heç nə yoxdur və s. Hazırda insanlar öz sağlamlığından, hətta ailəsindən belə keçir və gedib plastik əməliyyat edir. Nə isə təqdim olunanda insanlarda fərqli duyğular işləməyə başlayır. Bəzən insan həqiqətən boşluqda olur, nə istədiyini bilmir və belə bir şeylə rastlaşanda hər şeyi unutmaq üçün narkotikdən istifadəyə başlaya bilər. Boşluğa düşən insan mütləq ki, buna meyl edəcək. Ona görə də aparıcılar, jurnalistlər bu məsələdə xüsusilə diqqətli olmalıdır. Hətta asılılıqdan qurtulmuş insanı belə təqdim edəndə diqqətli olmaq lazımdır, çünki özü asılılıqdan qurtulsa da, danışacağı sözlər başqalarını asılılığa tərəf yönəldə bilər.

Bir müddət əvvəl Nail Kəmərli sosial şəbəkələrdə “Bir narkoman tələb olunur” -, deyə elan vermişdi. Həmin vaxt mən də psixoloq kimi buna qarşı çıxmışdım. Belə elanların verilməsi belə qadağan edilməlidir. Ən azından elan “Asılılıqdan əziyyət çəkən biri axtarılır” kimi verilə bilərdi. Bu nə düşüncədir?” İnsanlar aludəçi ola bilər, amma onlarla düzgün rəftar etmək lazımdır. Bizim onlara hörmətimiz insanlığa olan hörmətimiz olmalıdır”.

Tacxeber.com

Oxşar xəbərlər