“The Washington Post”: Darya Duqinanı Ukrayna kəşfiyyatı öldürüb.
“The Washington Post” yazır ki, Rusiyanın böyük miqyaslı təcavüzü başlayandan bəri Ukrayna xüsusi xidmət orqanları işğal olunmuş ərazilərdə separatçıların və kollaborantların, eləcə də Rusiya ərazisində hərbçilərin və müharibə tərəfdarlarının onlarla qətlini həyata keçirib. Jurnalistlər həm ukraynalı, həm də qərbli kəşfiyyat məmurlarına və əməkdaşlarına istinad edirlər.
Əməliyyatlarda ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) ilə sıx əməkdaşlıq sayəsində formalaşan, təlim görən və silahlanan Ukrayna qurumlarının elit dəstələri iştirak edib. Qəzet qeyd edir ki, Amerika təşkilatı qətllərlə bağlı əməliyyatlarda iştirak etməyib.
“The Washington Post” 2022-ci ilin sentyabrında (əslində avqustda – Toplum) Darya Duqinanın qətlini də Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) təşkil etdiyini yazır. Nəşrin məlumatına görə, bomba üçün komponentlər Natalya Vovkun avtomobilində, pişik daşımaq üçün qəfəsin gizli yerində keçirilib. Məqalədə qəsd hədəfinin Aleksandr Duqin olduğu, amma onun partlayışdan əvvəl başqa maşına mindiyi yazılır.
“The Washington Post” həmsöhbətlərinin sözlərinə görə, “Krasnodar” sualtı qayığının keçmiş komandiri Stanislav Rjitskinin və “hərbi müxbir” Vladlen Tatarskinin qətli də Ukrayna xüsusi xidmətlərinin işidir.
Qəzetin məqaləsində iddia olunur ki, CIA 2015-ci ildən Ukrayna xüsusi xidmətlərinə onmilyonlarla vəsait xərcləyib. İdarənin keçmiş əməkdaşı deyir ki, Agentliyin yardımı nəticəsində Ukrayna Baş kəşfiyyat idarəsi (QUR) bir neçə ilə “əslində sıfırdan qurulub”. Ukrayna xüsusi xidmətlərinin əməkdaşları həm Ukraynada, həm ABŞ-dakı xüsusi obyektlərdə təlim keçiblər. Vaşintqon QUR binalarının Rusiya nəzarətində olmasından ehtiyat edərək yenilərinin tikilməsini maliyyələşdirib.
CIA dəstəyi ilə SBU-da Rusiya istiqamətində ixtisaslaşan əlahiddə bölmə yaradılıb (Beşinci bölmə). CIA ukraynalıları həm də qorunan rabitə vasitələri və dinləmə avadanlıqları ilə, eləcə də işğal olunmuş şəhərələrə rahat girmək imkanı verən ləvazimatlarla təchiz edib.
“The Washington Post”un yazdığına görə,
CIA və Ukraynanın əməkdaşlığı 2014-cü ildə Krımın ilhaqına qədər “ağlagəlməz” miqyasda cərəyan edib.
Amerika kəşfiyyatının nümayəndələri jurnalistlərlə söhbətlərində CIA-in rusiyalıların qətli ilə bağlı əməliyyatlarda iştirak etmədiyini vurğulayıblar; agentliyin işi ukraynalıların məlumat toplamaq imkanlarını genişləndirməkdən ibarət olub.
Məqalədə “ölümlə nəticələnən əməliyyatların” CIA ilə əməkdaşlığı çətinləşdirdiyi, Vaşinqton və Kiyevdəki bəzi məmurlarda narahatlıq doğurduğu yazılır. ABŞ kəşfiyyatındakı yüksək vəzifəli mənbə “potensial problemlərlə bağlı məlumatların aydın şəkildə Ukrayna tərəfinə çatdırıldığı”nı deyir.
“The Washington Post”un həmsöhbətləri bu zaman iddia edirlər ki, analoji əməliyyatların heç biri Ukrayna Prezidenti Volodimir Zelenskini “susqun və ya hansısa” razılığı olmadan keçirilmir. Prezidentin mətbuat xidməti sorğunu cavablandırmayıb.
Mənbələr “The Washington Post”a deyirlər ki, bəzi əməliyyatlardan sonra CIA nümayəndələri etirazlarını bildirsələr də, Kiyevi dəstəkləməyi dayandırmayıblar.
Qəzetlə danışan bir neçə nəfər Ukrayna xüsusi xidmət orqanlarının əməkdaşı nöqtə əməliyyatları ilə bağlı əndişələrini bölüşüblər: onların fikrincə, belə taktika indi haqlı görünə bilər, amma gələcəkdə onu nəzarətdə saxlamaq mümkün olmayacaq.
“Biz 1970-ci illərin “Mossad”ına bənzər xüsusi xidmətlərin doğuluşunu müşahidə edirik”, – CIA-in yüksək vəzifəli əməkdaşı jurnalistlərə bildirib.