• 25 Noyabr 2024 04:47

Qarabağda qırmızı kitaba düşən heyvanlar mina qurbanı olur – VİDEO

Qarabağda qırmızı kitaba düşən heyvanlar mina qurbanı olur - VİDEO

 

Canlı aləm Ermənistanın hərbi-siyasi təxribatlarının qurbanı olmamalıdır. Vəhşi təbiət, heyvanlar bizdən kömək istəyir.

Azərbaycanın vətəndaş cəmiyyətinin təmsilçiləri Ermənistanın Cənubi Qafqazın təbiətinə, bioloji müxtəlifliyinə, heyvanlar aləminə qarşı mina terrorunu qəti şəkildə pisləyərək beynəlxalq təşkilatlara müraciət ediblər.

“Bioloji Müxtəliflik Mərkəzi” İctimai Birliyinin müraciətində deyilir ki, işğaldan azad olunmuş ərazilərdə – Qarabağ və Şərqi Zəngəzurda 1.5 milyondan çox mina və partlamamış hərbi sursatın mövcud olması ehtimal olunur. Ayı balasının ölümünə səbəb olan mina 2021-ci il Ermənistan istehsalıdır.

“Ermənistan həm də heyvanlardan sui-qəsdçi kimi istifadə edib. Heyvanlardan sui-qəsd məqsədilə istifadə olunması heç bir mənəviyyata sığmır. Dəqiq mina xəritələrinin Azərbaycan dövlətinə təhvil verilməsində Sizin əvəzsiz töhfəniz ola bilər, bu, Cənubi Qafqazın təbiətini xilas edə bilər”,- deyə müraciətdə qeyd olunub.

Sorğuya cavab olaraq “Həyat və  canlılar naminə” Beynəlxalq Birilikdən Azərbaycanın cağrışına biganə yanaşılmayacağı bildirilib.

Bildirilib ki, Beynəlxalq Birliyin nümayəndələri Azərbaycanlı həmkarları ilə əlaqə saxlayıb vəziyyəti yerində dəyərləndirəcəklər.

Ətraflı süjetdə:

Tacxeber.com

Oxşar xəbərlər