• 25 Noyabr 2024 04:46

Həkimlərin 4-5 ay ömür verdiyi qadın 14 ildir yaşayır

 

Şimali Kipr Türk Respublikasında yaşayan 3 uşaq anası Leyla Sərtə 59 yaşındadır. Ona 2009-cu ildə döş xərçəngi diaqnozu qoyulub. Həkimləri qadına bir neçə ay ömür verib.

Tacxeber.com xəbər verir ki, Leyla Sərt 14 il əvvəl sol döşündə kütlənin olduğunu görüb. Sinə ağrısından da şikayət edən Sərt xəstəxanaya gedib. Müayinə və analizdən sonra Sərtin hər iki döşündə kistalar olduğu müəyyən edilib. Bu sözlərdən sonra qadın 1 il həkimə getməyib.

Ağrıları çoxalan Sərt yenidən xəstəxanaya getdiyində döş xərçəngi diaqnozu qoyulub. Sol döşündəki xərçəngli kütlə limfa düyünlərinə yayıldığı üçün Sərtin xəstəliyinin son mərhələdə olduğu müəyyən edilib. Həkimlər Sərtə bildiriblər ki, 4-5 aylıq ömrü qalıb. Bundan sonra onun sol döşü əməliyyatla götürülüb. 6 aylıq kemoterapi müalicəsi ilə xərçəngə qalib gələn Sərt 6 il sonra yenidən xərçəng olub. Çətin, erkən diaqnoz və müalicədən sonra xərçəngə bir daha qalib gəlib.

Xərçəngə iki dəfə qalib gələn Leyla Sərt qeyd edib ki, kistlər artıq çıxarılıb:

“Sənin 4-5 ay ömrün var dedilər, amma 14 ildir yaşayıram. Döş xərçəngi idim, ancaq gecikdirdim. İkinci dəfə xərçəng olanda həkim sənədlərə baxıb və mənə sıfırdan başlamalı olduğumu dedi. Kistlər çıxarıldı, iki dəfə xərçəngə qalib gəldim. Biri xərçəngdi, digəri isə xərçəngin başlanğıcında idi. Xərçəng xəbərini eşidəndə şok yaşadım. İlk növbədə ailəmi düşündüm. Xəstəliyə qalib gəlmənin sirri isə həyata olan sevgimdir. Sevdiyim qablaşdırılmış yeməklər və qazlı içkiləri həyatımdan sildim. Xəstəliyi heç vaxt qucaqlamayın. Paketli qidalardan, stressdən, neqativ enerji verən insanlardan uzaq durun. Əvvəllər gündə 7,5 litr kola içirdim. Sevdiyim hər şeyi buraxdım, amma həyatı buraxmadım. Xərçəngi iki dəfə məğlub etdim”.(Publika.az)

Tacxeber.com

Oxşar xəbərlər