• 25 Noyabr 2024 03:29

Nəsimi Qasımov: “40 faiz onkoloq ştatının boş olması xərçəngin erkən aşkarlanmasını gecikdirir”

Nəsimi Qasımov:

 

“Ölkə üzrə 40 faiz onkoloq ştatı boşdur, bu da xərçəng növlərinin erkən aşkarlanmasını gecikdirir”.

Bunu Azərbaycan Tibb Universitetinin Onkoloji klinikasının sabiq Baş həkimi Nəsimi Qasımov II Beynəlxalq Bakı süd vəzi xərçəngi konqresində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bölgələrdə onkoloji xidmət mərkəzlərinin bir neçəsi ləğv olunub və şöbə kimi fəaliyyət göstərir: “Hesab edirəm ki, region sayına görə belə mərkəzlər mütləq olmalıdır. Avadanlıq və dərman təminatı sahəsində müəyyən boşluqlar var. Bundan başqa, televiziyalar adətən həkim reklamları ilə məşğul olur. Amma heç biri skriniq haqqında bir material hazırlamır. Ona görə də əhali arasında maarifləndirmə zəifdir”.

Tacxeber.com

Oxşar xəbərlər