• 09 İyun 2025 10:47

Paşinyanın şok kəşfiyyat siyasəti – Nahapetyan sirləri açdı

 Paşinyanın şok kəşfiyyat siyasəti – Nahapetyan sirləri açdı

Journalists watch as Russian President Vladimir Putin gives his annual state of the nation address in Manezh in Moscow, Russia, Thursday, March 1, 2018. Putin set a slew of ambitious economic goals, vowing to boost living standards, improve health care and education and build modern infrastructure in a state-of-the-nation address. (AP Photo/Alexander Zemlianichenko)

Paylaş

 

“Paşinyan iki ay müddətinə Aİ müşahidəçilərini gətirdi, sonra onların müddəti uzadıldı, lakin onların hamısı xüsusi xidmət orqanlarının nümayəndələri, kəşfiyyatçılar idi. Qondarma erməni-amerikan təlimləri zamanı Ermənistana Pentaqonun 101-ci diviziyasının xüsusi təyinatlıları gəldi, neçə nəfərin qalması başqa məsələdir, Ermənistanda Xilasetmə Xidmətinin əməkdaşları da var idi, onlar da NATO-nun nümayəndələri idi”.

Tacxeber.com xəbər verir ki, bunu erməni hərbi ekspert Hayk Nahapetyan deyib.

Onun sözlərinə görə, Paşinyan faktiki olaraq tədricən Ermənistana NATO üzvü olan ölkələrdən müxtəlif kadrları dəvət edir, onlar İrəvanda müəyyən funksiyaları yerinə yetirməlidirlər və bu, məxfilik adı altındadır.

“Fransa ilə hərbi-texniki əməkdaşlıq haqqında sazişə gəlincə, Ermənistan təkcə silah almır, müqavilədə hərbi təhsil müəssisələrinin zabit və çavuşları ilə də işləmək nəzərdə tutulur. İştirakın təkcə hərbi-texniki deyil, həm də təhsil və kadr komponenti olduğu aydın deyilmi?”, – Nahapetyan bildirib.

Tacxeber.com

Oxşar xəbərlər