• 24 Noyabr 2024 10:40

Amerikada böyük qorxu: Əgər Tramp prezident seçilsə…

ABŞ-ın həm Ukraynaya, həm də İsrailə eyni anda yardım etmək üçün kifayət qədər resursu olmaya bilər.

 ABŞ-ın müttəfiqləri Vaşinqtonun eyni vaxtda bir neçə ölkəyə yardım göstərmək imkanının olmamasından ehtiyat edirlər. Bu barədə “Bloomberg” nəşri məlumat yayıb.

“Fələstin-İsrail münaqişəsinin gərginləşməsindən əvvəl Vaşinqton resurslarını Yaxın Şərqdən “Rusiya və Çinlə mübarizəyə” köçürürdü. İndi isə ABŞ bölgədə qüvvələrini artırana qədər İsraildən quru əməliyyatını təxirə salmasını istəməyə məcburdur”, – məlumatda qeyd olunur.

Həmçinin bildirilir ki, Amerikada Donald Trampın qarşıdakı prezident seçkilərində qalib gəlmək qorxusu da var. Buna səbəb onun dəfələrlə NATO-dan çıxmaq və Rusiya ilə müqavilə bağlamaq istəyindən bəhs etməsidir. (Publika)

Tacxeber.com

Oxşar xəbərlər