• 24 Noyabr 2024 05:56

İrəvanda Qarabağdan gələn ermənilərin həbsi başladı

Dünən, oktyabrın 26-da Ermənistan polisi gecə saat 23 radələrində Qarabağdan gələn iki gənci – Mxitar Lernik Ohanesyanı və Ernest Akopyanı saxlayıb.

Bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Onların dostlarından biri “ Hraparak ”a bildirib ki, gənclər sentyabrın 21-də İrəvanda kütləvi iğtişaşlar törətdiklərinə görə gecə saatlarında heç bir xəbərdarlıq edilmədən polis tərəfindən həbs ediliblər.

Gənclərin valideynləri oğlanların harada olduqlarını belə bilmirlər. Polis isə onlar haqda heç bir məlumat verə bilməyəcəyini bildirib. (Publika)

Tacxeber.com

Oxşar xəbərlər