• 21 Sentyabr 2024 09:50

İrəvan dalana dirənib, qarşısında Bakının üç tələbi var” – Zatulin

“İlin sonuna qədər Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanacağına inanmıram”.

Bunu rusiyalı deputat Konstantin Zatulin deyib.

“Ola bilər ki, Bakı və İrəvan sülh müqaviləsi imzalasın, amma mənim müşahidəmə görə, bu, ilin sonuna kimi olmayacaq. Hər şey qalib olan Azərbaycan və Türkiyənin mövcud vəziyyətdən nə dərəcədə razı qalmasından asılıdır. Türkiyənin münasibətləri tənzimləmək üçün Ermənistan qarşısında qoyduğu şərtlərlə bağlı artıq mətbuatda məlumatlar var.

Birincisi, Zəngəzur dəhlizinin açılmasıdır (Azərbaycan və Türkiyə üçün bu, ciddi ideyadır). İkincisi, Qarabağ haqda hər hansı bir qeydin rədd edilməsidir. Üçüncüsü, Osmanlı İmperiyasında “erməni soyqırımı”nın tanınması siyasətinin rədd olunmasıdır. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün bu şərtlərin məcburi olub-olmadığını deyə bilmərəm, amma bilirik ki, Azərbaycan və Türkiyənin siyasəti çox sıx əlaqələndirilir və bir-birinə bağlıdır”, – deputat bildirib.

Zatulin hesab edir ki, İrəvan bu tələbləri yerinə yetirmək istəmir, amma Baş nazir Nikol Paşinyanın Avropa Birliyindən gözlədiyi dəstəyin buna kifayət edib-etməyəcəyi naməlumdur. O, bütün hallarda İrəvanın dalana dirəndiyini vurğulayıb. (Teleqraf)

Tacxeber.com

Oxşar xəbərlər