• 24 Noyabr 2024 17:59

“Hansısa milli danabaş qadın məni qalstuklu molla adlandırırsa…” – Fazil Mustafa

“Yazıçı Aqşin Yenisey və digər yaradıcı insanlarımızla bir araya gəlib bir neçə saat ərzində çay süfrəsi arxasında çox maraqlı müzakirəmiz oldu: əsasən də ədəbiyyatımızın və mədəniyyətimizin problemləri üzərindən. Sosial şəbəkədə qaragüruçuluğun düşüncə həyatımızı necə zəhərlədiyini də söhbət mövzusu etdik. Sonda bir xatirə şəkli də çəkdirdik və səhifələrimizdə paylaşdıq. Aqşin bəyin paylaşımının altında yazılan bir neçə rəy diqqətimi çəkdi. Demək bu təhqiramiz və lağlağı rəy yazan danabaş bay və bayanların hamısının müzakirənin məğzi barədə bilgisi olmasa da, özlərinə borc biliblər ki, nə isə neqativ rəy yazsınlar”.

Yenisabah.az xəbər verir ki, bunu deputat Fazil Mustafa bildirib.

“Bax, bundan təmizləməliyik səhifələrimizi. Ona görə də sağlam müzakirə mühiti yaratmaq olmur. Bu milli danabaşları bu səhifələrdən necə uzaqlaşdırmaq olar? Çünki hər dəfə hansısa ciddi məsələlərin bir araya gəlib müzakirə edilməsinə həmişə əngəl olmağa çalışacaqlar. Kimsə bizi xoşlamaya bilər, ancaq hansısa milli danabaş qadın məni qalstuklu molla adlandırırsa, buna hansı kitabımı oxutdura bilərəm ki, aydınlana bilsin… Eləcə də mətləbə dəxli olmayan rəylər yazan digərlərinə…Ona görə də işimiz elə də asan deyil, bir araya gəlib danışmaq belə bu xəstələri rahatsız edir”, – deputat qeyd edib.

Tacxeber.com

Oxşar xəbərlər