• 20 Sentyabr 2024 02:19

Pentaqon yeni “B61-13” atom bombasının yaradıldığını anons edib

“Belə bombaların istehsalı təşəbbüsü sürətlə dəhişən təhlükəsizlik mühitinin tələblərinə cavab verir…”

ABŞ-da “B61” nüvə-qravitasiya bombasının “B61-13” müasir variantının yaradılması üzərində işə başlanılıb.

Bu barədə Pentaqonun saytında məlumat verilib. Məlunatı “gordonia.com” nəşri yayıb.

“ABŞ Energetika Nazirliyinin Nüvə Təhlükəsizliyi Milli İdarəsi (NNSA) “B61-13” atom bombası istehsal edəcək.

NNSA ilə sıx əməkdaşlıq şəraitində qəbul edilən bu lahiyənin gerçəkləşdirilməsi barədə qərar “2022-ci ilin nüvə siyasətinin icmalı”nda təsvir edilən sürətlə dəyişən təhlükəsizlik mühitinin tələblərinə cavab verir”, – pres-relizdə deyilir.

“Bugünkü təşəbbüs təhlükəsizlik sahəsində dəyişən vəziyyəti və potensial düşmənlər tərəfindən artan təhlükələri əks etdirir.

Birləşmiş Ştatlar etibarlı çəkindirmə və lazım olduqda strateji hücumlara cavab vermək üçün zəruri qüvvə və vəsaitlərin dəyərləndirilməsi və yerləşdirilməsini davam etməyə borcludur”, – bu barədə müdafiə nazirinin kosmik siyasət üzrə köməkçisi Con Plamb bəyan edib.

O, əmin edib ki, ABŞ-ın silahlanmasında malik olduğu nüvə bombalarının ümimi sayı artmayacaq, köhnə mərmilər tədricən yeniləri ilə əvəzlənəcək.

O cümlədən yeni döyüş başlıqları 1960-cı illərdən istehsal edilən və hazırda nüvə arsenallarında saxlanılan “B61-7” köhnəlmiş başlıqları əvəzləyəcək.

“B61-7”-nin gücü amerikalı hərbçilərinin arsenalına əlavə edilən sonuncu “B61-12” başlıqlarından yüksəkdir.

“B61-13” başlıqlarının gücü “B61-7”-nin gücünə bənzər və “B61-12”-nin malik olduğu müasir təhlükəsizlik funksiyaları və dəqiqliyinə malik olacaq.

Sənəddə deyilir ki, yeni nüvə bombaları müasir təyyarələrlə çatdırılacaq ki, “bu da düşməni çəkindirəcək və müttəfiq və tərəfdaşlara əminlik aşılayacaq”.

“B61-13” bombalarının yerləşdirilməsi hər hansı cari hadisəyə cavab deyil.

“B61-13″ bombalarının istehsalı təşəbbüsü təhlükəsizlik sahəsində dəyişən vəziyyətin dəyərləndirilməsini əks etdirir”, – ABŞ Müdafiə Nazirliyi bəyan edib. (Moderator)

Tacxeber.com

Oxşar xəbərlər