• 20 Sentyabr 2024 15:27

“Avropa açıq şəkildə deyir ki, Nikol bizim oğlumuzdur” – Zöhrabyan

“Avropa açıq şəkildə deyir ki, Nikol bizim oğlumuzdur” - Zöhrabyan

“Çəkdikləri yol xəritəsini həyata keçirmək üçün Nikol Paşinyan Avropaya lazımdır”.

Tacxeber.com xəbər verir ki, bu sözləri erməni deputat Naira Zöhrabyan deyib.

O təklif edib ki, ABŞ səfiri ailəsi ilə köçüb “demokratiya çırağı” olan Ermənistanda yaşasın:

“Arzu edirəm ki, ABŞ səfirinin özü və yaxınları Armen Aşotyanın yaşadıqlarını yaşasınlar. Ona qarşı uydurma cinayət işi açılıb. ABŞ səfiri Ermənistanın Cənubi Qafqazda “demokratiya çırağı” odluğunu deyir. Mən bu yaxınlarda Avropa strukturlarında görüşlərdən qayıtdım. Armen Aşotyanın siyasi məhbus olduğunu tanımayan qurum yoxdur. Şəxsi söhbətlərdə deyirlər ki, Armen Aşotyanın işinin tez yekunlaşaraq Avropa Məhkəməsinə göndərilməsi lazımdır”, – deyə Zöhrabyan deyib.

O bildirib ki, amma Avropa strukturlarına Aşotyanın həbsinə nyə susursunuz sualını verəndə belə cavab alıb:

“Nikol bizim oğlumuzdur, Zelenski kimi, Saakaşvili kimi… Bütün beynəlxalq strukturlar Nikola ehtiyac olduğu halda heç bir qanunsuzluğu üzə çıxarmayacaqlar. Paşinyan onların bölgədə çəkdikləri yol xəritəsini həyata keçirir”, – deyə Naira Zöhrabyan əlavə edib./Konkret.az

Tacxeber.com

Oxşar xəbərlər