• 24 Noyabr 2024 18:12

Rusiyalı milyarder Fransada saxlanıldı

Rusiyalı milyarder Fransada saxlanıldı

Rusiyalı milyarder Aleksey Kuzmiçev Fransada nəzarət altına alınıb. 

Tacxeber.com xəbər verir ki, bu barədə “Le Monde” qəzeti məlumat yayıb.

Nəşr Milli Maliyyə Prokurorluğuna istinadən şübhəlinin Parisin yeddinci rayonundakı evində və onun Sen-Tropedəki villasında aparılan axtarışlardan yazıb.

Qəzet Kuzmiçevi “Rusiyanın ən nüfuzlu adamlarından biri” adlandırıb və onun Ukraynadakı hadisələrlə bağlı Avropa İttifaqı sanksiyaları altında olduğunu qeyd edib. O, Fransa ərazisində olarkən sanksiya siyahısına daxil edilib.

Prokurorluğun bildirdiyinə görə, Kuzmiçevə qarşı aparılan istintaq vergi fırıldaqları, eləcə də digər qanun pozuntuları, o cümlədən “sanksiyaların pozulması” ilə bağlı şübhələrə aiddir.

Ötən il martın 15-dən Kuzmiçev Aİ-nin sanksiyaları altındadır.

Kuzmiçevin nümayəndələri bu məlumatla bağlı hələlik heç bir şərh verməyib.

Alfa Group-un həmtəsisçisi və keçmiş həmtəsisçisi Aleksey Kuzmiçev Fransada çirkli pulların yuyulması və sanksiya qanunvericiliyinin pozulması işi çərçivəsində saxlanılıb. Axtarışlar zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları “pul yığınları” aşkar ediblər. Kuzmiçev 2022-ci il martın 15-də Aİ-nin sanksiyalar siyahısına daxil edilib. Həmin vaxt o, artıq Fransada yaşayırdı. ABŞ onu 16 avqust 2023-cü ildə “qara siyahı”ya salıb.

Tacxeber.com

Oxşar xəbərlər